Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevralın 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək.
"Report" xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının 24-cü ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb.
Əmrə əsasən, Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilməli, plana müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2016-cı ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunan geniş tədbirlər həyata keçirilməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.