Yuxarı

"Emerson Process Management"in baş meneceri BANM-də seminar keçib

Elmar Qasımov: Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlığı yüksək səviyyədədir

Bakı. 3 dekabr. REPORT.AZ/ "Emerson Process Management" şirkətinin BP üzrə meneceri Raoul Mercer Bakı Ali Neft Məktəbində olub. Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, o, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan I və II kurs tələbələrinə "Upstream project responding to change" (Dəyişikliklərə uyğunlaşdırıla bilən neft-qaz layihələri) mövzusunda seminar keçib.

Seminarda çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlığı yüksək səviyyədədir.

Xarici şirkətin baş meneceri Raoul Mercer isə neftin hasil olma prosesinin avtomatlaşdırılması və müxtəlif layihələrdə avtomatlaşdırmanın geniş tətbiqi mövzusunda təqdimatla çıxış edib. Təqdimatın sonunda Raoul Mercer tələbələrin mövzu ətrafında suallarına cavab verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi