Bu gün ilin ikinci Ay tutulması olacaq

Bu gün ilin ikinci Ay tutulması olacaq Proses iki saat davam edəcək
Elm və təhsil
7 Avqust , 2017 10:05
Bu gün ilin ikinci Ay tutulması olacaq

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün ilin ikinci Ay tutulması hadisəsi olacaq.

“Report”un məlumatına görə, təbiət hadisəsi saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.

Bu ilin ikinci ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır. Belə ki, 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.

Qeyd edək ki, maraqlı təbiət hadisəsi Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində, eləcə də Azərbaycandan müşahidə ediləcək. Moskva şəhərindən isə proses daha aydın görünəcək.

Son xəbərlər

Orphus sistemi