Yuxarı

Brüsseldə “ADA Avropa İttifaqı Məktəbi” təşkil olunub

Dörd gün davam edən tədbir zamanı müxtəlif mövzularda mühazirələr səsləndirilib

Bakı. 27 mart. REPORT.AZ/ 22-27 mart 2015-ci il tarixlərində Brüssel (Belçika) şəhərində ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və İndex – İnsan Kapitalı Fondunun dəstəyi, ADA Universiteti və AYAPE-nin birgə təşkilatçılığı ilə “ADA Avropa İttifaqı Məktəbi” təşkil olunub.

"Report" xəbər verir ki, Avropa Parlamentinin deputatı Anna Zaborskanın evsahibliyi ilə keçirilən tədbiri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqıyanında nümayəndəliyinin rəhbəri, səfir Fuad İsgəndərov salamlama nitqi ilə açıb.

Dörd gün davam edən tədbir zamanı müxtəlif mövzularda mühazirələr səsləndirilib.

Tədbiri İslam Əməkdaşlığı Konfransının Avropa İttifaqıyanında müşahidə missiyasının rəhbəri, səfir ArifMəmmədov “Azərbaycan Diplomatik Xidməti” mövzusunda çıxışı ilə yekunlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi