Yuxarı

BDU səs yazısı yayılan dekan müavini ilə bağlı araşdırmalara başlayıb

BDU səs yazısı yayılan dekan müavini ilə bağlı araşdırmalara başlayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) səs yazısı yayılan yüksək vəzifəli əməkdaşı ilə bağlı Universitet daxilində araşdırmalara başlanılıb.

Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadənin səs yazısı yayılıb. C.Məmmədzadə səs yazısında fakültənin digər əməkdaşını təhqir edir və hədələyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi