Qazax. 20 avqust. REPORT.AZ/ BDU-nun Qazax filialına yeni təyinat olub.
"Report" xəbər verir ki, bundan sonra təhsil ocağına coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev rəhbərlik edəcək.
V. Əfəndiyev bu postda Afaq Qasımovanı əvəzləyib. 63 yaşlı direktor Tovuz rayonunda doğulub. 1986-ci ildə BDU-da əmək fəaliyyətinə başlayıb. Yeni təyinata qədər isə universitetin tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.
Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə sərəncam imzalayıb. Sərəncamla 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab edilib.