BDU-nun Qazax filialının rəhbəri vəzifəsinə yeni təyinat olub

BDU-nun Qazax filialının rəhbəri vəzifəsinə yeni təyinat olub Təhsil ocağına coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev rəhbərlik edəcək
Elm və təhsil
520
20 Avqust , 2016 03:04
BDU-nun Qazax filialının rəhbəri vəzifəsinə yeni təyinat olub

Qazax. 20 avqust. REPORT.AZ/ BDU-nun Qazax filialına yeni təyinat olub.

"Report" xəbər verir ki, bundan sonra təhsil ocağına coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev rəhbərlik edəcək.

V. Əfəndiyev bu postda Afaq Qasımovanı əvəzləyib. 63 yaşlı direktor Tovuz rayonunda doğulub. 1986-ci ildə BDU-da əmək fəaliyyətinə başlayıb. Yeni təyinata qədər isə universitetin tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə sərəncam imzalayıb. Sərəncamla 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab edilib.