Yuxarı
    Bağlamaq

    BANM-da “Mühəndislər üçün biznes təhsili” kursu başa çatıb

    Dinlə
    © BANM

    Bakı. 5 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri BP Azərbaycanın iştirakı və maliyyə dəstəyi ilə yerli mühəndislərin inkişafına dəstək olaraq həyata keçirdiyi “Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurublar.

    Bu barədə "Report"a BANM-dən məlumat verilib.

    Kurs BANM-ın 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə, yeni proqram çərçivəsində, həm də menecment və biznes sahəsində geniş bilgilər verir. Bu proqram gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrə olunması üçün şərait yaradır.

    BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin məzunu olmağa hazırlaşan 5-ci kurs tələbələrilə görüşərək onları “Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurduqları üçün təbrik edib, proqramı uğurla başa vuran bütün tələbələri BP və BANM-ın birgə sertifikatı ilə təltif edib.

    Layihənin əsas məqsədi gənc mühəndislərə ümumi biznes biliklərinin baza prinsiplərinin, liderlik keyfiyyətlərinin, layihələrin idarə edilməsinin və bir sıra digər istiqamətdə biznes səriştə və biliklərin öyrədilməsindən ibarətdir. Proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitləri hazırlanıb.

    “Mühəndislər üçün biznes təhsili”nin proqramına Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə olunması kimi modullar daxildir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi