Yuxarı
    Bağlamaq

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllüləri işə dəvət edir

    Gənclər qurumun müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar

    Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir. İdarənin İctamiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər qurumun müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

    İntizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

    Fürsəti dəyərləndirmək istəyən gənclər tərcümeyi-halını konullu@baku.edu.gov.az ünvanına göndərə bilərlər.

    Qeyd edək ki, könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən sertifikat veriləcək.

    Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6112, 6114)

    Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etmək xahiş edilir:

    İnsan resursları sektoru

    İctimaiyyətlə əlaqələr sektoru

    Ümumi təhsil sektoru

    Məktəbdənkənar fəaliyyətin təşkili sektoru

    İnformasiya təminatı sektoru

    Ümumi sektor

    Təminat və təchizat sektoru

    Maliyyə və mühasibatlıq sektoru

    İnkişaf layihələri sektoru.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi