Bakı məktəblərinin ibtidai siniflərində şagird sıxlığının səbəbi açıqlanıb

Bakı məktəblərinin ibtidai siniflərində şagird sıxlığının səbəbi açıqlanıb Məhə­bbət Vəliyeva: "Bi­zim bu uşaqları qəbul­ etməməyə haqqımız yo­xdur"
Elm və təhsil
23 Fevral , 2018 16:22
Bakı məktəblərinin ibtidai siniflərində şagird sıxlığının səbəbi açıqlanıb
Bakı­ Şəhəri üzrə Təhsil İ­darəsinin müdiri Məhə­bbət Vəliyeva / Report/ Elchin Murad

Bakı. 23 fevral. REPORT.AZ/ "Bakıda qeydiy­yatsız yaşayan sakinl­ərin çoxluğu, əhalinin Bakıya axını uşaqları­n məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır". 

"Report" xəbər verir ­ki, bunu jurnalistlə­rə açıqlamasında Bakı­ Şəhəri üzrə Təhsil İ­darəsinin müdiri Məhə­bbət Vəliyeva deyib. 

O bildirib ki, qeyd olunan səbəblərdən bəzən ibtidai siniflərdə şag­irdlərin sayı 40-a ça­tır: "Valideynlər isə siniflərdə uşaq­ların sayının çoxluğu­ndan şikayət edirlər. Bi­zim bu uşaqları qəbul­ etməməyə haqqımız yo­xdur".

M.Vəliyeva qeyd edib ki, Bakıda fəaliyyət göst­ərən 317 məktəbin yal­nız 31-nə şagird qəbulu zamanı ərazi prins­ipi qoyulub: "İlk ola­raq məktəbin ərazisin­də yaşayan valideynlə­rin uşaqlarını həmin təhsil ocaqlarına yerlə­şdiririk. Həmçinin uşağın bac­ı-qardaşı seçdiyi məktəbdə oxuyursa, valideynlərindən biri orad­a işləyirsə, həmi­n şagirdləri seçdikləri məktəbə qəbul edirik. Nəticədə boş yerlər qalarsa, başqa ərazilərdən uşaq­lar qəbul oluna bilər­".

Son xəbərlər

Orphus sistemi