Yuxarı

Azərbaycanda hərbi liseylərə qəbul imtahanı keçiriləcək

İmtahana buraxılış vərəqəsi iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı keçiriləcək. TQDK-dan "Report"a verilən məlumata görə, imtahan iyulun 30-da baş tutacaq.

Həmin tədris müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər üçün "imtahana buraxılış vərəqəsi" iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək.

Qeyd edək ki, burada imtahanın başlanma vaxtı və yeri, imtahan zalının kodu və digər zəruri məlumatlar əks olunur. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim edilir. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi