Azərbaycanda hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Azərbaycanda hərbi liseylərə qəbul imtahanı keçiriləcək "İmtahana buraxılış vərəqəsi" iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək
Elm və təhsil
21 İyul , 2015 12:35
Azərbaycanda hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına və Azərbaycan Respublikasının hərbi liseylərinə qəbul imtahanı keçiriləcək. TQDK-dan "Report"a verilən məlumata görə, imtahan iyulun 30-da baş tutacaq.

Həmin tədris müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər üçün "imtahana buraxılış vərəqəsi" iyulun 25-dən TQDK-nın internet saytında yerləşdiriləcək.

Qeyd edək ki, burada imtahanın başlanma vaxtı və yeri, imtahan zalının kodu və digər zəruri məlumatlar əks olunur. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim edilir. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

Son xəbərlər

Orphus sistemi