Yuxarı
    Bağlamaq

    Azərbaycan və polyak dillərində nəşr olunan “Azərbaycan dili“ dərsliyinin təqdimatı olub

    Nizami Cəfərov bu dərsliyin çapdan çıxmasını böyük hadisə kimi qiymətləndirib

    Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində Polşada Azərbaycan və polyak dillərində nəşr olunan “Azərbaycan dili“ dərsliyinin təqdimat mərasimi keçirilib.

    Bu barədə "Report"a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

    Tədbirdə ADU-nun rektoru Səməd Seyidov çıxış edərək “Azərbaycan dili“ dərsliyinin müəllifi Fəridə Səfiyevanın əməyindən danışıb. 

    Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtmağın bir sıra sahələrlə mümkün olduğunu deyən rektor Səməd Seyidov Azərbaycan dilinin tanıdılmasında, digər ölkələrdə inkişaf etdirilməsində Polşada Azərbaycan dilinin tədrisində bir vasitəyə çevriləcək kitabın mühüm hadisə olduğunu qeyd edib.

    Azərbaycan Atatürk Mərkəzinin sədri, Milli Məclisin deputatı Nizami Cəfərov isə çıxış edərək bu dərsliyin çapdan çıxmasını böyük hadisə kimi qiymətləndirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi