Azərbaycan ingilis dilinə yiyələnmə səviyyəsinə görə 70 ölkə arasında 60-cı yeri tutur

Azərbaycan ingilis dilinə yiyələnmə səviyyəsinə görə 70 ölkə arasında 60-cı yeri tutur "EF Education First" bu gün ingilis dilinə yiyələnmə üzrə beşinci illik indeksini açıqlayıb
Elm və təhsil
3 Noyabr , 2015 16:10
Azərbaycan ingilis dilinə yiyələnmə səviyyəsinə görə 70 ölkə arasında 60-cı yeri tutur

Bakı. 3 noyabr. REPORT.AZ/ "EF Education First" ingilis dilinə yiyələnmə üzrə beşinci illik indeksini (EF EPI) açıqlayıb.

"Report" xəbər verir ki, Azərbaycan ingilis dilinə yiyələnmə səviyyəsinə görə 70 ölkə arasında 60-cı yeri tutub.

İngilis dilini bilmə üzrə dünyanın ən reytinqli indekslərindəın olan EF EPI ilə ingilis dilinin öyrənilməsinin qlobal və regional tendensiyalarını müəyyənləşdirmək olar.

Bu il EF EPI ingilis dilini öyrənən 910 min yetkin insanın verdiyi testlərin nəticələrindən istifadə edərək reytinq düşən 70 ölkənin hər biri haqda informasiya verib.

Reytinq sıralamasında ilk üç sırada İsveç (70,94 bal), Hollandiya (70,58) və Danimarka (70,05) qərarlaşıb. Siyahıda Rusiya 39-cu, Çin 47-ci, Türkiyə 50-ci, İran isə 56-cı pillədə yer alıb.

Siyahını Səudiyyə Ərəbistanı, Kamboca və Liviya qapayır.

Son xəbərlər

Orphus sistemi