"Azərbaycan elminin inkişaf doktrinası" yenidən hazırlanacaq

"Azərbaycan elminin inkişaf doktrinası" yenidən hazırlanacaq Layihə tezis formasında müvafiq institutlara paylanıb
Elm və təhsil
12 İyul , 2016 13:17
Azərbaycan elminin inkişaf doktrinası yenidən hazırlanacaq

Bakı. 12 iyul. REPORT.AZ/ "2016-2030 illəri əhatə edəcək "Azərbaycan elminin inkişaf doktrinası" hazırlanacaq".

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında deyib.

Onun sözlərinə görə, yeni layihənin hazırlanması ilə bağlı Akademiyaya göstəriş verilib və layihə tezis formasında müvafiq institutlara paylanıb: "Alimlərin çoxu istirahətdə olduğundan institutlara sentyabr ayına kimi tezislə tanış olub öz təkliflərini vermək üçün vaxt verilib. Bundan sonra təkliflərin hər biri ayrı-ayrılıqda müzakirə olunacaq və təhlil ediləcək. Yekun sənəd təsdiqlənməsi üçün hökumətə göndəriləcək".

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli isə bildirib ki, "Azərbaycan elminin inkişaf doktrinası"nın hazırlanması məsuliyyətli və əhəmiyyətli işdir: "Bu layihə elm siyasətinin bütün ana xətlərini özündə ehtiva etməlidir.

İnstitut direktorları, akademik katiblər və digər tədbir iştirakçıları da layihə barədə təklif və fikirlərini səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi