Yuxarı
    Bağlamaq

    "ADA" Universitetində "Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası" təlimləri sona çatıb

    Hafiz Paşayev: “İnanıram ki, bu təşəbbüs davam edəcək”

    Bakı. 28 avqust. REPORT.AZ/ Avqustun 28-də bu ayın 24-28-də "ADA" Universitetində "Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası" adı altında keçirilən təlimlər sona çatıb və iştirakçılara sertifikatlar verilib.

    "Report"un məlumatına görə, təlimdə iştirak edən müəllimlərə sertifikatların təqdim olunma mərasimində "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev, Təhsil Nazirliyinin nümayəndələri, müəllimlər iştirak edib. "ADA"nın Təhsil və Dillər İnstitutunun dekanı Vəfa Kazdal bildirib ki, Təhsil Nazirliyinin "SABAH Qrupları" layihəsinin dəstəyi ilə "ADA" Universitetinin Təhsilin İdarə edilməsi fakültəsi tərəfindən təşkil edilən beş günlük təlimlərə ölkənin müxtəlif ali təhsil ocaqlarından 200-ə yaxın professor-müəllim heyəti cəlb olunub.

    Tədbirdə çıxış edən universitetin rektoru Hafiz Paşayev təlimdə iştirak edən müəllimləri təbrik edib: "Proqram haqqında məlumatı mənə gətirəndə o qədər təsəvvür etmirdim ki, bunun mahiyyəti nədir. Amma indi tam təsəvvürüm var və deyə bilərəm ki, nazirlik yaxşı bir təşəbbüs edib. İnanıram ki, bu təşəbbüs davam edəcək. Daha geniş müəllim auditoriyasına imkanlar yaradacaq".

    Tədbirdə qeyd olunub ki, "Yay Akademiyası"nın əsas məqsədi iştirakçıların bir sıra sahələrdə, o cümlədən yerlərdə daha uğurlu tədris prosesinin təşkili üçün müxtəlif təlim-tədris usullarını və qiymətləndirmə meyarlarını səmərəli tətbiq etmə, elmi tədqiqatlar vasitəsilə pedaqoji fəaliyyəti təkmilləşdirmə üzrə bilk və bacarıqlarını artırmaqdır. Bir həftəlik təlim çərçivəsində 1-ci yay akademiyasının iştirakçıları "Müəllimin fərdi inkişafı", "Tələbəyönümlü təlim", "Müəllim islahatçı-təşəbbüskar rolunda", "Təhsildə etik normalar və Davranış Kodeksi" kimi müasir təhsilin mühüm mövzuları üzrə təlimlər alıblar.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi