Bakı. 28 avqust. REPORT.AZ/ Avqustun 28-də bu ayın 24-28-də "ADA" Universitetində "Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası" adı altında keçirilən təlimlər sona çatıb və iştirakçılara sertifikatlar verilib.
"Report"un məlumatına görə, təlimdə iştirak edən müəllimlərə sertifikatların təqdim olunma mərasimində "ADA" Universitetinin rektoru, səfir
Tədbirdə çıxış edən universitetin rektoru Hafiz Paşayev təlimdə iştirak edən müəllimləri təbrik edib: "Proqram haqqında məlumatı mənə gətirəndə o qədər təsəvvür etmirdim ki, bunun mahiyyəti nədir. Amma indi tam təsəvvürüm var və deyə bilərəm ki, nazirlik yaxşı bir təşəbbüs edib. İnanıram ki, bu təşəbbüs davam edəcək. Daha geniş müəllim auditoriyasına imkanlar yaradacaq".
Tədbirdə qeyd olunub ki, "Yay Akademiyası"nın əsas məqsədi iştirakçıların bir sıra sahələrdə, o cümlədən yerlərdə daha uğurlu tədris prosesinin təşkili üçün müxtəlif təlim-tədris usullarını və qiymətləndirmə meyarlarını səmərəli tətbiq etmə, elmi tədqiqatlar vasitəsilə pedaqoji fəaliyyəti təkmilləşdirmə üzrə bilk və bacarıqlarını artırmaqdır. Bir həftəlik təlim çərçivəsində 1-ci yay akademiyasının iştirakçıları "Müəllimin fərdi inkişafı", "Tələbəyönümlü təlim", "Müəllim islahatçı-təşəbbüskar rolunda", "Təhsildə etik normalar və Davranış Kodeksi" kimi müasir təhsilin mühüm mövzuları üzrə təlimlər alıblar.