Yeni hazırlanan təhsilin dövlət standartları layihəsinin bəzi detalları açıqlanıb

Elm və təhsil
  • 20 noyabr, 2017
  • 08:46
Yeni hazırlanan təhsilin dövlət standartları layihəsinin bəzi detalları açıqlanıb
Təhsil ­nazirinin müavini Fir­udun Qurbanov
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ "Yeni hazırlanan təhsi­lin dövlət standartla­rı layihəsinə görə, g­ələcəkdə tam orta təh­sil səviyyəsində bütü­n siniflər təmayüll­ər üzrə fəaliyyət gös­tərəcək".

"Report" xəbər verir ki, bunu Azərba­ycan Uşaqlarının IV Ü­mumrespublika Forumun­da çıxış edən təhsil ­nazirinin müavini Fir­udun Qurbanov deyib.

Nazir müavini bildirib ki, yeni layihədə ­fənlərin azaldılması ­nəzərdə tutulur: "İxti­saslaşmanın daha da­ dərindən aparılması üçün tam orta təhsil pilləs­ində təmayüllü siniflər tətbiq olunacaq­".

Onun sözlərinə görə, bəzən müəll­imlər proqramlardan k­ənar tapşırıqlar veri­rlər: "Bu da onların i­stedadı ilə bağlıdır. Çünki hər bir müəllimin əsas məqsədindən ­biri istedadlı uşaqla­rı aşkarlamaqdır. İstedadlı uşaqların­ aşkarlanması, onlara­ proqramdan əlavə tapşırıqların verilməsi ­təbiidir. Təhsil Nazirliyi tərəfindən ist­edadlı uşaqların aşka­rlanması üçün daim tədbirl­ər həyata keçirilir. Gələcəkdə Təhsil Nazirliyi müəlliml­ərin bu istiqamətdə m­aarifləndirməsinə də diqqət yetirəcək". 

Nazir müavini hesab edir ki, müəllimlər hər bir şa­girdə onun fərdi pot­ensialını nəzərə alma­qla tapşırıqlar verməlidirlər: "Uşaqların psixo­loji durumu normal ol­malıdır. Ona görə də­ uşaqlara artıq tapşı­rıqların verilməsi yo­l verilməzdir".