“Xankəndinə”, ”Xankəndində”, yoxsa “Xankəndiyə”, “Xankəndidə”?

“Xankəndinə”, ”Xankəndində”, yoxsa “Xankəndiyə”, “Xankəndidə”? Bakı. 6 iyul. REPORT.AZ/ Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılmaz hissəsi olan Xankəndi şəhərinin adı mətbuatda müxtəlif cür yazılır. Bəzi mənbələr yönlük halda “Xankəndinə”, çıxışlıq halda “Xankəndindən”, digərləri “Xankəndiyə” və “Xankəndidən” kimi göstərirlər. Belə formalar yazı əhlində çaşqınlıq yaradır.
Elm və təhsil
6 İyul , 2018 17:21
“Xankəndinə”, ”Xankəndində”, yoxsa “Xankəndiyə”, “Xankəndidə”?
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılmaz hissəsi olan Xankəndi şəhərinin adı mətbuatda müxtəlif cür yazılır. Bəzi mənbələr yönlük halda “Xankəndinə”, çıxışlıq halda “Xankəndindən”, digərləri “Xankəndiyə” və “Xankəndidən” kimi göstərirlər. Belə formalar yazı əhlində çaşqınlıq yaradır.

Mövzu ilə bağlı "Report"a açıqlama verən Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü toponimlərin yazılışında fərq olduğunu bildirib: "Xankəndi sözü ikinci növ ismi birləşmədə olan toponimdir. Ona görə də burada hallanma başqa cürdür. Doğru şəkildə söz hallandıqda “n” bitişdirici samiti əlavə edilir, daha sonra hal şəkilçisi sözə qoşulur. Yönlük halda artıq olur Xankəndinə. Çıxışlıq halda da eyni qayda keçərlidir. Bitişdirici samit əlavə edilir və ardınca -dan şəkilçisi- Xankəndindən. Bu cür müxtəlifliyə çox rast gəlinir, tək Xankəndi sözündə yox. Yazılışda səhvlərə yol verilməsinə səbəb orfoqrafiya, qrammatika qaydalarına tam bələd olmamaqdır. Ona görə də müxtəlif yazılışlar mövcuddur”.

Qeyd edək ki, 1923-cü il sentyabrın 1-dən etibarən şəhər erməni Stepan Şaumyanın adı ilə “Stepanakert” adlanırdı. 1991-ci il 26 noyabr Azərbaycan SSR Ali Sovetinin qərarı ilə şəhərin əvvəlki “Xankəndi” adı özünə qaytarıldı.

Günay Qoşqarqızı 

Son xəbərlər

Orphus sistemi