UNEC-ə yeni prorektor təyin olunub

Elm və təhsil
  • 07 oktyabr, 2021
  • 10:46
UNEC-ə yeni prorektor təyin olunub

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektor təyin olunub.

"Report" xəbər verir ki, fəlsəfə doktoru Neman Muradlı UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə yeni prorektor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, N.Muradlı 1986-cı ildə anadan olub. Magistr təhsilini və fəlsəfə doktoru elmi dərəcəsini Cənubi Koreyada alıb. Prorektor təyinatına qədər Azərbaycan Respublikası Dövlət Neft Fondunda işləyib. O, eyni zamanda, UNEC-də müəllimlik fəaliyyətilə məşğul olub.