Bakı. 2 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şabranda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş martın 11-də saat 11:00-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində (Şabran şəh., H.Əliyev prospekti, 60a) olacaq.
Qəbulda Şabran, Quba, Qusar, Siyəzən, Xaçmaz rayon sakinləri iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.