TQDK sabah keçiriləcək imtahanlarla bağlı xəbərdarlıq edib

Elm və təhsil
  • 01 iyul, 2015
  • 07:10
TQDK sabah keçiriləcək imtahanlarla bağlı xəbərdarlıq edib

Bakı. 1 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyuılun 2-də keçiriləcək qəbul və buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə (abituriyentlər) xəbərdarlıq edib. 

TQDK-dan "Report"a verilən xəbərə görə, buna səbəb sabah keçiriləcək imtahanlarda iştirakı nəzərdə tutulan şəxslərin müəyyən hissəsinin "İmtahana buraxılış vərəqəsi"nin çap etdirməməsidir.

Xatırladaq ki, şagirdlər (abituriyentlər) özləri ilə imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird (abituriyent) imtahana buraxılmayacaq.

Şagirdlər (abituriyentlər) "İmtahana buraxılış vərəqəsi” internet vasitəsilə iyunun 25-dən etibarən çap edib götürməli idilər.