Bakı. 26 may. REPORT.AZ/
TQDK-dan "Report"a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün sənəd verən 15 224 abituriyentdən 1 227 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 13 997 abituriyentdən 29 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 13 968 abituriyentin imtahan nəticələri yerləşdirilib.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.