TQDK I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb

TQDK I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent 700 bal toplayıb
Elm və təhsil
16 İyul , 2015 16:48
TQDK I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb

Bakı. 16 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. 

TQDK-dan "Report"a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün sənəd verən 26 min 928 abituriyentdən 1 598 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 25 min 330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün onların nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25 min 323 abituriyentin imtahan nəticələri yerləşdirilib.

İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq. 

Son xəbərlər

Orphus sistemi