Tələbələr növbəti “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar

Tələbələr növbəti “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri növbəti "Açıq qapı" günü münasibətilə Ali Məhkəmədə olublar.
Elm və təhsil
9 Oktyabr , 2023 12:54
Tələbələr növbəti “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri növbəti "Açıq qapı" günü münasibətilə Ali Məhkəmədə olublar.

"Report" xəbər verir ki, tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov tələbələrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb.

Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi