Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib

Elm və təhsil
  • 21 iyun, 2018
  • 09:12
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinə (TN) yeni Aparat rəhbəri təyin olunub.

“Report” xəbər verir ki, bu vəzifəyə Muxtar Məmmədov təyin edilib.

M.Məmmədov bu təyinata qədər TN-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri idi, eyni zamanda Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.