Təhsil Nazirliyi: Zaqatalada zəlzələ nəticəsində bir neçə məktəbin divarında xırda çatlar əmələ gəlib
Elm və təhsil
- 06 iyun, 2018
- 08:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 iyun. REPORT.AZ/ Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində heç bir ümumi təhsil müəssisəsinə ziyan dəyməyib.
Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bir neçə məktəbin divarında xırda çatlar əmələ gəlib: "Aşağı Tala kənd 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərində xırda çatlar əmələ gəlib".
Məlumata görə, baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, əgər zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumatlandırılıblar.
Son xəbərlər
15:25
Ölkədə cari ilin on ayı ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət qeydə alınıb
Sosial müdafiə
15:25
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi məhkəmədən vaxt istəyib
Hadisə
15:24
Azərbaycanda "Temu"ya qarşı aparılan araşdırma başa çatıb
Biznes
15:16
Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb
Digər ölkələr
15:15
Lukaşenko Avropanın Rusiya-Ukrayna danışıqlarında iştirakını irəliləyiş adlandırıb
Digər ölkələr
15:14
Məhəmmədəli Osmanlı: "UFC-də əsas hədəfim kəmər qazanmaqdır"
Fərdi
15:11
AFFA "Şamaxı" və "Turan Tovuz"un məşqçilərini 3 oyunluq cəzalandırıb, klubları isə cərimələyib
Futbol
15:06
Sənan Hacıyev: Dövlət rüsumunun azaldılması məhkəmələrə müraciət imkanlarını genişləndirəcək
Daxili siyasət
15:00
Video
İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb
Xarici siyasət