Təhsil Nazirliyi sentyabrın 5-dək dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək

Təhsil Nazirliyi sentyabrın 5-dək dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub
Elm və təhsil
111
30 Avqust , 2016 16:22
Təhsil Nazirliyi sentyabrın 5-dək dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək

Bakı. 30 avqust. REPORT.AZ/ Təhsil Nazirliyi sentyabrın 5-dək bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək.

Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehli məlumat verib.

Nazirlik sözçüsü bildirib ki, bu məqsədlə 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Yeni nəşr olunan dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib.

Təhsil Nazirliyinin şagirdlərə və onların valideynlərinə müraciətində qeyd olunur ki, sentyabrın 5-dək aidiyyəti məktəblərdən dərslikləri əldə etsinlər.

Son xəbərlər

Orphus sistemi