Təhsil Nazirliyi məktəbdə xəsarət alan şagirdin səhhəti ilə bağlı açıqlama yayıb - FOTO

Təhsil Nazirliyi məktəbdə xəsarət alan şagirdin səhhəti ilə bağlı açıqlama yayıb - FOTO Təhsil Nazirliyi Bakının 321 nömrəli tam orta məktəbinin xəsarət alan şagirdin səhhəti ilə bağlı açıqlama yayıb.
Elm və təhsil
12 Aprel , 2019 13:58

Təhsil Nazirliyi Bakının 321 nömrəli tam orta məktəbinin xəsarət alan şagirdin səhhəti ilə bağlı açıqlama yayıb.

“Report” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şagirdin vəziyyətinin yaxşı olduğunu bildirib.

1 saylı Kliniki Tibbi Mərkəzdə şagirdin yanına gedən C.Valehov qeyd edib ki, həkimlərin rəyinə görə məktəbin 7-ci sinif şagirdi Aqşin Hüseynzadənin sağlamlığı ilə bağlı xüsusi problem yoxdur: “Hazırda şagird evə buraxılıb. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək”.

Son xəbərlər

Orphus sistemi