Yuxarı

Məktəb müəllimin şagirdi döyməsi xəbərinə münasibət bildirib

Məktəb müəllimin şagirdi döyməsi xəbərinə münasibət bildirib

Bakının 321 nömrəli tam orta məktəbi müəllimin şagirdi döyməsi xəbərinə münasibət bildirib. 

Məktəbdən "Report"a bildirilib ki, aprelin 12-si saat, təxminən, 11:30-da məktəbin VII sinif şagirdi riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb.

"Şagirdin halı pisləşdiyi üçün başı yerədəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib.

Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.

Şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib. 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək", - məktəbin məlumatında bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi