Təhsil Nazirliyi: Erkən nikaha dair mövzuların salındığı yeni dərsliklər hazırlanacaq

Təhsil Nazirliyi: Erkən nikaha dair mövzuların salındığı yeni dərsliklər hazırlanacaq "Ailə dəyərləri, ailənin qorunması, erkən və qohum nikahları, təhsildən yayınma halları istiqamətində yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları və QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində həm ailələrlə iş aparılır, həm də məktəblərdə sinif rəhbər
Elm və təhsil
2987
13 İyul , 2020 18:35
Təhsil Nazirliyi: Erkən nikaha dair mövzuların salındığı yeni dərsliklər hazırlanacaq

"Ailə dəyərləri, ailənin qorunması, erkən və qohum nikahları, təhsildən yayınma halları istiqamətində yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları və QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində həm ailələrlə iş aparılır, həm də məktəblərdə sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər görülür"

"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müzakirəsi məqsədilə keçirilən videokonfransda deyib. 

M.Vəliyeva Təhsil Nazirliyinin həyata keçirdiyi maarifləndirmə tədbirlərini, layihələri və qəbul edilmiş yeni sənəddən irəli gələrək görüləcək işləri diqqətə çatdırıb:

“9-11-ci sinif dərsliklərinə erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzuların daxil edilməsi mühüm məsələlərdəndir. 2010-cu ildə ümumi təhsilin dövlət standartları sənədi və 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası sənədi təsdiq edilmişdir. Həmin sənəddən irəli gələrək bu il Nazirlik tərəfindən ümumi təhsilin dövlət standartları sənədinə dəyişikliklər edilərək hökumətə təqdim edilmişdir və həmin dəyişikliklər arasında yer alan başlıca məqamlardan biri sənədə səriştələrin və dəyərlərin salınmasıdır. Azərbaycanda təhsilin məzmununda kifayət qədər dəyərlərə, ailə dəyərlərinə yer ayrılmasına baxmayaraq, hazırda strateji sənəd olan dövlət standartları sənədində artıq bu, daha geniş yer tutacaq və növbəti mərhələdə bu sənəd əsasında proqramlar yenilənəcək və yeni dərsliklər hazırlanacaqdır”.