Təhsil Nazirliyi daha bir dərsliyi ictimai müzakirəyə çıxarıb

Təhsil Nazirliyi daha bir dərsliyi ictimai müzakirəyə çıxarıb Dərslik layihələri ilə bağlı təklif və iradların [email protected] elektron poçtuna göndərilməsi xahiş olunur
Elm və təhsil
3129
11 Aprel , 2016 13:54
Təhsil Nazirliyi daha bir dərsliyi ictimai müzakirəyə çıxarıb

Bakı. 11 aprel. REPORT.AZ/ Ümumi təhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında tərtib edilən və 2016-2017-ci tədris ilində ilk dəfə istifadəyə veriləcək dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.

Bu barədə "Report"a Təhsil Nazirlyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün tərtib edilən Azərbaycan dili (http://e-resurs.edu.az/noduploads/book/azerbaycan-dili-9-ru-derslik.pdf) dərsliyinin də layihəsi ictimai müzakirəyə çıxarılıb. Beləliklə, ictimai rəyin öyrənilməsi məqsədilə www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilən dərslik layihələrinin sayı 23-ə çatıb. Onlar Ümumi tarix, Azərbaycan tarixi, Azərbaycan dili (tədris dili kimi), Kimya, Ədəbiyyat, Coğrafiya, Biologiya, İnformatika, Təsviri incəsənət, Musiqi, Texnologiya, "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil kimi), "Музыка", "Литература", "Технология", Həyat bilgisi, Riyaziyyat, Fizika, Fiziki tərbiyə, Alman dili, İngilis dili, Azərbaycan dili (tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün) dərslik layihələrindən ibarətdir.

Dərslik layihələri ilə bağlı konkret faktlar göstərilməklə, təklif və iradların [email protected] elektron poçtuna göndərilməsi xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi