Təhsil nazirindən buraxılış və qəbul imtahanları barədə açıqlama

Təhsil nazirindən buraxılış və qəbul imtahanları barədə açıqlama Təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq və mövcud vəziyyət qiymətləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq.
Elm və təhsil
24721
27 Aprel , 2020 17:33
Təhsil nazirindən buraxılış və qəbul imtahanları barədə açıqlama
Report
0 : 00
0 : 00

"Təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq və mövcud vəziyyət qiymətləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ehtiyac olsa, dəstəkləyici addımlardan istifadə etməklə dərslərdən geri qalmaq halları aradan qaldırılacaq: "Çalışacağıq ki, növbəti tədris ilində bu məsələ problem yaratmasın".

C.Bayramov bildirib ki, Təhsil Nazirliyi buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir: "Əlavə tarixlərlə bağlı konkret məlumatlar müvafiq zamanda təqdim ediləcək. Bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa, ali təhsil müəssisələrinə qəbulla bağlı təkliflər hazırlanacaq. Mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq"

Son xəbərlər

Orphus sistemi