Təhsil naziri
Qeyd olunub ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. İmtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.
Sonra Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlərlə görüşüb. Görüşdə Təhsil naziri ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini söyləyərək ölkə Prezidenti
Təhsil naziri bildirib ki, bu il 55 minə yaxın şəxsin qeydiyyatdan keçərək müəllim olmaq üçün müraciət etməsi bu prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir. Təhsil naziri gənclərin ixtisas seçərkən müəllimlik peşəsinə üstünlük verdiklərini, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəricilərinin kifayət qədər artdığını deyib. Həmçinin Azərbaycanın təhsil tarixində ilk dəfə 2090 nəfər abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasını seçməsini diqqətə çatdırıb.
Ceyhun Bayramov müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin içərisindən ən layiqli, bilikli namizədlərin müəllim kimi ümumi təhsil müəssisələrində fəaliyyət göstərməsini son nəticədə Azərbaycan təhsilinin inkişafında, onun keyfiyyət göstəricilərinin artırılmasında mühüm rol oynadığını bildirib.
Tədbirdə yüksək bal toplayan müəllimliyə namizədlər çıxış edərək müsabiqənin tam şəffaf və obyektiv şəkildə keçirildiyini deyib, onlara belə bir şərait yaradıldığına görə Təhsil Nazirliyinə təşəkkür ediblər. Çıxış edənlər müəllim kimi işləmək hüququ qazandıqları təqdirdə onlara olan bu yüksək etimadı layiqincə doğruldacaqlarını söyləyiblər.