Təhsil naziri Qazaxda vətəndaşları qəbul edib

Təhsil naziri Qazaxda vətəndaşları qəbul edib Bakı. 13 avqust. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinlərini qəbul edib.
Elm və təhsil
13 Avqust , 2018 16:43
Təhsil naziri Qazaxda vətəndaşları qəbul edib
Təhsil naziri Ceyhun Bayramov / Report

Bakı. 13 avqust. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinlərini qəbul edib.

Bu barədə "Report"a Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov, Qazax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmməd Alıyev Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi