Təhsil naziri özünə yeni müşavir təyin edib

Təhsil naziri özünə yeni müşavir təyin edib Bakı. 2 oktyabr. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov özünə yeni müşavir təyin edib.
Elm və təhsil
2 Oktyabr , 2018 15:39
Təhsil naziri özünə yeni müşavir təyin edib
Ceyhun Bayramov
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov özünə yeni müşavir təyin edib.

“Report”un əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə bu vəzifəyə Elnur Məmmədov təyin olunub.

Qeyd edək ki, Elnur Məmmədov 2002-ci ildə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2004-cü ildə isə magistr təhsilini alıb. O, Vaşinqton Universitetinin (ABŞ) Hüquq fakültəsi üzrə magistr təhsilini 2005-ci ildə başa vurub. 

E.Məmmədov müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

Son xəbərlər

Orphus sistemi