Təhsil naziri: "Orta məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb"

Təhsil naziri: "Orta məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb" Azərbaycanın orta məktəblərində dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb.
Elm və təhsil
7 May , 2019 17:35
Təhsil naziri: Orta məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb
Təhsil naziri Ceyhun Bayramov / Report / Firi Salim

"Azərbaycanın orta məktəblərində dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycanın təhsil standartları qanunvericiliyinə əsasən, orta məktəblərdə din fənninin tədrisi nəzərdə tutulmayıb: "Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq, müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dinin tədrisi deyil. Müxtəlif dinlərlə bağlı məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" dərsliyində rast gəlmək mümkündür".

C.Bayramov qeyd edib ki, burada yenilik yoxdur: "2018-ci ildən etibarən yeni kurikulum sistemi tədris edilən müddətdən dinlə bağlı bilgilər yuxarıda adları sadalanan dərsliklərdə verilir".

Son xəbərlər

Orphus sistemi