Təhsil naziri
Bu barədə "Report"a Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Həmin gün C.Bayramov Pekin Pedaqoji Universitetinə səfər edərək universitetin rəhbərliyi ilə görüşüb, universitetin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra C.Bayramov Pekin Pedaqoji Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsilləri ilə maraqlanıb.


