Tarixçi alimlər IV Beynəlxalq Şuşa Simpoziumunda iştirak ediblər

Tarixçi alimlər IV Beynəlxalq Şuşa Simpoziumunda iştirak ediblər Noyabrın 22-də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bir qrup əməkdaşı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Miras” Mədəni İrsi
Elm və təhsil
23 Noyabr , 2022 21:51
Tarixçi alimlər IV Beynəlxalq Şuşa Simpoziumunda iştirak ediblər

Noyabrın 22-də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bir qrup əməkdaşı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi çərçivəsində keçirilən “Tarixi yerlər və abidələr: IV Beynəlxalq Şuşa Simpoziumu”nda iştirak ediblər.

Bu barədə “Report”a AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib

Simpoziumun işində institutun baş direktoru t.e.d., professor Abbas Seyidov, t.e.d. doktoru Vəfa Mahmudova, t.ü.f. doktorları Pirağa İsmayılzadə, Pərvin Ahənçi, Leyla Rüstəmova və Yaqub Məmmədov məruzələrlə çıxışlar ediblər.

Simpozium çərçivəsində Şuşaya səfər edən alimlər Bülbülün Ev-Muzeyini, Molla Pənah Vaqifin məqbərəsini, Cıdır düzünü, Şuşanın möhtəşəm qala divarlarını, Natəvan bulağını, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini və digər tarixi abidələri ziyarət ediblər.

Son xəbərlər

Orphus sistemi