Bakı. 19 fevral. REPORT.AZ/ "Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi"ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitab hazırlayır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
O bildirib ki, Tarix İnstitutu qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün kompleks tədbirlər həyata keçirir: "Son illərdə İnstitutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarla bağlı materialları özündə əks etdirən külli miqdarda sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətirib".