Tanınmış jurnalistə ADA Universitetinin fəxri doktoru adı verildi

Tanınmış jurnalistə ADA Universitetinin fəxri doktoru adı verildi ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təklifi və universitet Senatının qərarı ilə amerikalı tanınmış jurnalist və analitik Tomas Qolts ADA Universitetinin fəxri doktoru adına layiq görülüb.
Elm və təhsil
11 Fevral , 2020 16:11
Tanınmış jurnalistə ADA Universitetinin fəxri doktoru adı verildi

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təklifi və universitet Senatının qərarı ilə amerikalı tanınmış jurnalist və analitik Tomas Qolts ADA Universitetinin fəxri doktoru adına layiq görülüb. 

"Report" xəbər verir ki, o, bu adla Azərbaycan və Xəzəryanı bölgə ilə bağlı apardığı tədqiqatlarına, bu sahədəki diqqətəlayiq nəşrlərə və Azərbaycan və ABŞ xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrinə görə tətltif olunub.

Fevralın 13-də ADA Universitetinin fəxri doktoru adı Tomas Qoltsa təqdim ediləcək. 

Qeyd edək ki, Tomas Qolts müstəqil Azərbaycan və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk kitablardan olan “Azərbaycan gündəliyi"nin müəllifidir. T.Qoltsun "Washington Post", "National Interest" və digər nüfuzlu kütləvi informasiya vasitələrində yazdığı məqalələr Azərbaycanı dünya ictimaiyyətinə tanıtmış və Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq mediada işıqlandırılmasına gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi