Şimali Kiprin təhsil naziri Türkiyə səfiri ilə ŞKTC və Azərbaycan arasında əməkdaşlığı müzakirə edib

Şimali Kiprin təhsil naziri Türkiyə səfiri ilə ŞKTC və Azərbaycan arasında əməkdaşlığı müzakirə edib Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri və onu müşayiət edən universitet rektorlarından ibarət heyət Türkiyə səfirliyində olublar.
Elm və təhsil
29 May , 2024 23:11
Şimali Kiprin təhsil naziri Türkiyə səfiri ilə ŞKTC və Azərbaycan arasında əməkdaşlığı müzakirə edib

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri və onu müşayiət edən universitet rektorlarından ibarət heyət Türkiyə səfirliyində olublar.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

“ŞKTC təhsil naziri cənab Nazım Çavuşoğlu və onu müşayiət edən universitet rektorlarından ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində səfirimiz Cahit Bağcını ziyarət ediblər. ŞKTC nümayəndəsi səfir Ufuk Turqanerin müşayiəti ilə keçirilən görüşdə Azərbaycanla təhsil sahəsində əməkdaşlıq və ŞKTC-nin təhsil potensialının Azərbaycanda tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb”, – diplomatik missiyanın mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, mayın 30-da Bakıda Şimali Kipr universitetlərinin tanıdılması məqsədilə sərgi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi