Səmada planetlərin paradı başlayıb

Səmada planetlərin paradı başlayıb Təbiət hadisəsi fevralın 11-nə kimi davam edəcək
Elm və təhsil
9 Fevral , 2018 16:58
Səmada planetlərin paradı başlayıb

Bakı. 9 fevral. REPORT.AZ/ Dünəndən səmada planetlərin düzülüşü başlayıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, göydə ardıcıllıq üzrə Saturn, Mars və Yupiter düzülüb.

Rusiya ərazisindən bu mənzərəni daha aydın şəkildə müşahidə etmək olar. 

Təbiət hadisəsi fevralın 11-nə kimi davam edəcək.

Qeyd edək ki, həmin vaxt səmada göy cisimləri bir-birinə yaxın məsafədə yerləşir. Günəş çıxdıqdan sonra onun işıltısı planetlərin görüntüsünü itirir. Bir sırada düzüldüyünə görə bu, planetlərin paradı adlanır. 

Son xəbərlər

Orphus sistemi