Səfir: “Türkiyənin ali təhsil ocaqlarında 1300 azərbaycanlı tələbə təhsil alır”

Səfir: “Türkiyənin ali təhsil ocaqlarında 1300 azərbaycanlı tələbə təhsil alır” Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri BDU-da olub
Elm və təhsil
4 Noyabr , 2016 15:46
Səfir: “Türkiyənin ali təhsil ocaqlarında 1300 azərbaycanlı tələbə təhsil alır”

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoralı qəbul edib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən “Report”a verilən məlumata görə, qonağı salamlayan rektor, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov BDU-nun beynəlxalq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlığından danışıb. Bakı Dövlət Universitetində 500-dən çox türkiyəli tələbənin təhsil aldığını deyən rektor əlaqələrin daha da inkişafında maraqlı olduğunu, səfir Erkan Özoralın bu əməkdaşlığın genişlənməsinə öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.

Səfir Erkan Özoral, öz növbəsində, universiteti ziyarətindən məmnunluğunu bildirib. BDU ilə Türkiyə universitetlərinin əlaqələrini yüksək qiymətləndirən səfir, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. 

Türkiyə ali təhsil ocaqlarında 1300 azərbaycanlı tələbənin təhsil aldığını deyən səfir Erkan Özoral onların gələcəkdə ölkələrarası əlaqələrdə körpü olacaqlarını vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.

Son xəbərlər