Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb - YENİLƏNİB

Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb - YENİLƏNİB Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriıəcək.
Elm və təhsil
8 Avqust , 2024 15:00
Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb - YENİLƏNİB

Bu gündən 2024–2025-ci tədris ili üzrə 2-9 və 11-ci siniflər üçün şagirdlərin elektron yerdəyişməsi başlayıb.

"Report" xəbər verir ki, proses sy.edu.az sistemi üzərindən həyata keçirilir.

Qeyd edək ki, 10-cu siniflərin şagirdləri üçün elektron yerdəyişmə prosesi 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

14:32

Bu gündən 2024–2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

Bu barədə "Report"a Elm vəTəhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.

Son xəbərlər

Orphus sistemi