Sabahdan universitetlər açılır

Sabahdan universitetlər açılır Sabah - sentyabrın 29-da Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yuxarı (V-XI) siniflərində, orta ixtisas, peşə təhsili müəssisələrində və universitetlərdə yeni dərs ili başlayır.
Elm və təhsil
2275
28 Sentyabr , 2021 09:35
Sabahdan universitetlər açılır
0 : 00
0 : 00

Sabah - sentyabrın 29-da Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yuxarı (V-XI) siniflərində, orta ixtisas, peşə təhsili müəssisələrində və universitetlərdə yeni dərs ili başlayır.

"Report" xəbər verir ki, tədris bəzi istisnalar olmaqla əyani formada həyata keçiriləcək.

Tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Qeyd edək ki, orta məktəblərin ibtidai (I-IV) siniflərində dərslər sentyabrın 22-də başlayıb.

Xatırladaq ki, 2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi