Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün "İmtahana buraxılış vərəqəsi"nin çapına başlanılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün "İmtahana buraxılış vərəqəsi"nin çapına başlanılıb
Elm və təhsil
27 Mart , 2018 17:50
Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün İmtahana buraxılış vərəqəsinin çapına başlanılıb
Report

Bakı. 27 mart. REPORT.AZ/ Rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin "İmtahana buraxılış vərəqəsi"nin çapına başlanılıb. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 1-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_... linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmasa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.