Qurban Yetirmişli: "Türkiyədəki zəlzələ Azərbaycanda güclü hiss olunmayıb"

Qurban Yetirmişli: "Türkiyədəki zəlzələ Azərbaycanda güclü hiss olunmayıb" "Türkiyədəki zəlzələ Azərbaycan tərəfində, xüsusilə də Naxçıvan, Lənkəran tərəfdə elə də güclü hiss olunmayıb".
Elm və təhsil
6 Fevral , 2023 13:17
Qurban Yetirmişli: Türkiyədəki zəlzələ Azərbaycanda güclü hiss olunmayıb
Qurban Yetirmişli

"Türkiyədəki zəlzələ Azərbaycan tərəfində, xüsusilə də Naxçıvan, Lənkəran tərəfdə elə də güclü hiss olunmayıb".

“Report” xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, buna səbəb dalğaların bizə çatana qədər sönməsi olub:

"Ola bilər ki, Türkiyədəki afterşoklar bir neçə ay davam etsin. Lakin praktikaya görə yenidən eyni balda güclü təkanların olması gözlənilən deyil".

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

Son xəbərlər

Orphus sistemi