Qərib Məmmədov AMEA-da aşağı vəzifəyə keçirilib

Qərib Məmmədov AMEA-da aşağı vəzifəyə keçirilib AMEA-dan “Report”a fakt təsdiqlənib
Elm və təhsil
2674
26 Avqust , 2016 10:38
Qərib Məmmədov AMEA-da aşağı vəzifəyə keçirilib

Bakı. 26 avqust. REPORT.AZ/ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aşağı vəzifəyə keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, indiyədək AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışan Q.Məmmədov AMEA-nın aqrar məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunub.

Belə ki, AMEA-nın Aqrar Elmlər Bölməsi Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilib. Bölmənin akademik katibi vəzifəsinə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanov təyin olunub. Q.Məmmədova isə müşavir vəzifəsi verilib.

AMEA-dan “Report”a fakt təsdiqlənib.