Oğuzda üzərində qayaüstü təsvirlər, yazılar olan qədim daş tapılıb

Elm və təhsil
  • 22 aprel, 2016
  • 12:07
Oğuzda üzərində qayaüstü təsvirlər, yazılar olan qədim daş tapılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Oğuzun Xal-Xal kənd sakini Firuz Abbasov həyətində alma ağacı əkmək üçün qazdığı quyudan üzərində qədim yazı və işarələr olan daş aşkarlayıb.

"Report"xəbər verir ki, 1 metr dərinlikdə tapılan daşın çəkisi təqribən 500 kiloqrama yaxındır. Daşın üzərində qayaüstü təsvirlər, yazılar var. Daşda gəmi, ev, ağac, ox təsvir olunub.

Qədim daşla bağlı Oğuz Rayon İcra Hakimiyyətinin Xal-Xal kənd nümayəndəliyinə və aidiyyatı qurumlara məlumat verilib.

44 - Tezliklə